Şrift:
Kirmanşah əyalətində spirtdən zəhərlənənlərin sayı 104 nəfərə çatıb
19.05.2020 [13:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Kirmanşah əyalətində saxta spirtdən zəhərlənənlərin sayı 104 nəfərə çatıb.



Bu barədə, Kirmanşah əyalətinin “İmam Xomeyni” xəstəxanasının rəisi Cavad Əmini Saman mayın 19-da mediaya açıqlamasında məlumat yayıb.



O bildirib ki, Kirmanşah əyalətində koronavirusdan qorunmaq üçün alkoqollu içkilərə üz tutan və saxta spirtdən zəhərlənənlərin sayı getdikcə artıb: “Ölkədə koronavirusun yayılmağa başladığı gündən indiyə qədər Kirmanşahda spirtdən zəhərlənənlərin sayı 104 nəfərə çatıb. Təəssüflər olsun ki, saxta spirtdən zəhərlənmə səbəbilə 3 nəfər də həyatını itirib.



Bir daha bildiririk ki, alkoqollu içkilər koronavirusa yoluxmanın qarşısını almır və vətəndaşlar özlərini “Covid-19” infeksiyasından qorumaq üçün gigiyena qaydalarına tam riayət etməli, maska taxıb əlcək geyinməli və insanların sıx toplaşdığı məkanlarda sosial məsafə saxlamalıdırlar” -deyə, Kirmanşah əyalətinin “İmam Xomeyni” xəstəxanasının rəisi Cavad Əmini Saman bəyan edib.



Qeyd edək ki, son iki ay yarım ərzində İranın müxtəlif şəhər və əyalətlərində koronavirusdan qorunmaq və onun stressindən qurtulmaq üçün spirtli içkilərə üz tutan insanların sayı sürətlə artıb. Nəticədə, ən azı 800-ə yaxın insan həyatını itirib, minlərlə nəfər isə xəstəxanalara düşüb.
Bu xəbər oxucular tərəfindən 78 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed