Şrift:
İran, Pakistan, Çin və Rusiya Əfqanıstan məsələsi ilə bağlı müzakirə aparıb
19.05.2020 [14:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Xarici İşlər Nazirliyi İran, Pakistan, Çin və Rusiyanın Əfqanıstanda sülh əldə edilməsi mövzusunda danışıqlar apardığı barədə məlumat yayıb.



Eyni zamanda, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti də öz elçisi Zelmay Xəlilzadın Doha və Kabilə yola düşdüyünü bəyan edib.



Xəlilzadın Dohada Taliban rəhbərləri ilə görüşüb, daha sonra Əfqanıstanın paytaxtına yola düşəcəyi deyilir. O, müharibə tərəfləri ilə ABŞ-la Talibanın razılaşmasının icrası, hərbi əməliyyatların azaldılması və əfqanlar arasında danışıqların başladılması xüsuslarında müzakirələr aparacaq.



İran Xarici İşlər Nazirliyi bəyanatında qeyd edilir ki, sözügedən görüş mayın 16-da video konfrans formatında keçirilib və tərəflər Əfqanıstandakı mövcud vəziyyətlə yanaşı, sülh prosesi barədə müzakirələr aparılblar.



Bəyanata əsasən, iştirakçı ölkələr Əfqanıstanın ərazi bütövlüyünün, suverenliyinin və milli vəhdətinin qorunmasını bir daha vurğulayıblar.



Qeyd etmək lazımdır ki, İran Taliban terror təşkilatına hərbi, maddi və siyasi dəstək verən əsas ölkədir.
Bu xəbər oxucular tərəfindən 302 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed