Şrift:
Azərbaycanın “Qum Təpə” səhrası məhv edilib
19.05.2020 [14:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Qum Təpə səhrasından sadəcə neçə kvadrat metrlik kiçik bir təpə qalıb.





Sosial şəbəkələrdə yayılan videoreportajda Güney Azərbaycanın yeganə səhrası olan Qum Təpədən artıq bir əlamət qalmadığı, ağır maşınların “icazəli və qanuni” şəkildə ərazidə fəaliyyət etdiyi göstərilir.





Son 10 il ərzində fürsətçilər gəlir əldə etmək məqsədi ilə lisenziya alaraq bu tarixi məntəqənin qum və çınqılını daşıyıb onu sıradan çıxarıblar. Azərbaycanlı ətraf mühit fəallarının etirazlarına baxmayaraq Ətraf Mühit Təşkilatı bu talançılığın nəyinki qarşısı almayıb, ona şərait yaradıb. Qum Təpənin təxminən 6 kvadrat kilometr sahəsi olub.




Sözügedən məntəqə Güney Azərbaycanda Təbriz və Sofiyan şəhərlərinin arasında yerləşir. Ekspertlərin fikrincə, bu məntəqəni bölgənin əsas turist mərkəzlərindən birinə çevirmək mümkün idi. Bunun üçün bütün təbii və coğrafi şərait mövcuddur.
Bu xəbər oxucular tərəfindən 89 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed