Şrift:
Banqladeşdə gözlənilən siklon səbəbindən 2 milyon insanın təxliyəsi başlayıb
19.05.2020 [16:14] - Gündəm, Hadisə
Banqladeşin hakimiyyət orqanları “Amphan” siklonunun yaxınlaşması səbəbindən təxminən 2 milyon insanın təxliyəsinə başlayıb.

“City News” nəşri xəbər verir ki, Banqladeşin Təbii Fəlakətlərlə Mübarizə Nazirliyinin katibi Şah Kamalın sözlərinə görə, ölkənin cənub-qərbindəki sahilyani rayonlarda yerləşən 19 rayonun administrasiyasına insanların həyatının xilas edilməsi üçün lazımi tədbirlər görmək tapşırılıb.

Qurumun məlumatına əsasən, bu məqsədlə həmin rayonlarda yaşayan iki milyona yaxın insan təhlükəsiz ərazilərə çıxarılmalıdır. Onların qəbulu üçün artıq 13 min sığınacaq hazırlanıb.

Qeyd edək ki, mayın 16-da Benqal körfəzində yaranan “Amphan” siklonu hazırda Banqladeşin Payra limanından 725 kilometr cənub-qərbdə yerləşir. Meteoroloqlar siklonda küləyin sürətinin saatda 225 kilometrə çatacağını proqnozlaşdırırlar. “Amphan” Banqladeş sahillərinə çox ehtimal ki, mayın 20-də günorta saatlarında çatacaq. Siklonun quruya çatana qədər zəifləyəcəyi təqdirdə belə, ciddi nəticələrə səbəb olacağı güman edilir.
Bu xəbər oxucular tərəfindən 204 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed