Şrift:
Belarusda 31 mindən çox insan koronavirusa yoluxub
19.05.2020 [16:32] - Gündəm, Sosial
Belarusda son bir gün ərzində koronavirusa (COVID-19) 936 nəfər yoluxub, 4 nəfər isə ölüb.

Belarus Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hazırda ölkədə koronavirusa yoluxanların sayı 31 min 508 nəfərdir. Onlardan 10 min 620 nəfəri tam sağalaraq evə buraxılıb, 175 nəfər isə həyatını itirib.

İndiyədək Belarusda koronavirusla bağlı 375 mindən artıq test aparılıb.
Bu xəbər oxucular tərəfindən 190 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed