Şrift:
Türkiyədə tətbiq olunan növbəti komendant saatı başa çatıb
20.05.2020 [09:18] - Xəbərlər, Siyasət
Koronavirusla əlaqədar olaraq Türkiyənin 15 şəhərində növbəti dəfə tətbiq olunan dörd günlük komendant saatı mayın 20-də yerli vaxtla saat 00:00-da başa çatıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi tərəfindən yayılan məlumata əsasən, dörd gün ərzində tətbiq olunan qadağaları pozan 28 min 256 nəfər barəsində inzibati cəza tədbiri görülüb.

Bildirilib ki, komendant saatının başa çatmasına baxmayaraq, Türkiyənin 15 şəhəri üçün nəzərdə tutulan giriş-çıxış məhdudiyyəti, eləcə də yaşı 65-dən yuxarı və 20-dən aşağı vətəndaşların karantin müddəti davam edir.

Bundan əlavə, ölkənin 31 şəhərinin 75 yaşayış ərazisində karantin rejimi hələ də qüvvədədir.
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed