Şrift:
Misirdə son sutkada koronavirusa 720 nəfər yoluxub
20.05.2020 [09:19] - Gündəm, Sağlıq
Misirdə son sutka ərzində COVID-19 virusuna rekord həddə - 720 yoluxma halı qeydə alınıb.

Misirin Səhiyyə Nazirliyinin yaydığı məlumatda ölkədə koronavirusa yoluxanların ümumi sayının 13 min 484 nəfərə çatdığı qeyd olunur.

Məlumatda mayın19-da COVID-19 virusundan 14 nəfərin öldüyü, həyatını itirənlərin ümumi sayının 659 nəfərə çatdığı bildirilib. Əlavə edilib ki, son sutka ərzində xəstəlikdən 302 nəfər sağalıb, ümumilikdə isə ölkədə fəaliyyət göstərən 17 karantin xəstəxanasında 3742 pasiyent tam müalicə olunub.

Misirin Nəsr rayonunun Abbassiyə karantin xəstəxanasında bir koronavirus xəstəsi intihar edib. Qahirə prokurorluğunda insidentlə bağlı cinayət işi açılıb.

Baş Nazir Mustafa Mədbuli beynəlxalq uçuşlara qadağanın davam etdiyini açıqlayıb. Onun sözlərinə görə, yalnız daxili uçuşlar və çarter reysləri həyata keçiriləcək. Baş Nazir əlavə edib ki, Ramazan bayramı günlərində ölkənin şəhərləri və əyalətləri arasında nəqliyyatın hərəkəti də dayandırılacaq.
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed