Şrift:
ABŞ-ın bütün 50 ştatında iqtisadi fəaliyyət qismən bərpa edilib
20.05.2020 [09:22] - Gündəm, Siyasət
ABŞ-ın bütün 50 ştatında koronavirus pandemiyası səbəbindən dayandırılmış iqtisadi fəaliyyət qismən bərpa edilib.

Amerika KİV-ləri xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens Ağ Ev administrasiyası üzvlərinin iclasında bildirib.

Prezident Donald Trampın administrasiyası aprelin ortalarında antivirus məhdudiyyətlərinin ləğvinə dair üçmərhələli plan təqdim etmişdi. Həmin plana əsasən, müddəti qubernatorlar özləri epidemioloji vəziyyətdən asılı olaraq sərbəst şəkildə müəyyən etməlidirlər.

Amerikanın Cons Hopkins İnstitutunun məlumatına görə, hazırda ABŞ-da koronavirusa 1,5 milyon yoluxma halı aşkarlanıb, 91 mindən çox insan həyatını itirib, 283 mindən artıq xəstə sağalıb.
Bu xəbər oxucular tərəfindən 227 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed