Şrift:
Suriyada müharibə başa çata bilər: Əsəd rejimi və müxaliflər danışıqlara başlayacaq
20.05.2020 [09:25] - Xəbərlər, Siyasət
Vətəndaş müharibəsinin və xaosun 10 ilə yaxındır bitmədiyi Suriyada barışığa doğru addım atılıb.



Əsəd rejimi ilə müxaliflər Cenevrədə danışıqlar masası arxasına keçməyə razılıq veriblər.


Sondakika.com bu barədə Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Geyr Pedersenə istinadla xəbər yayıb.



İnternet vasitəsilə jurnalistlərin suallarını cavablandıran G.Pedersen görüşün tarixi ilə bağlı açıqlama verməyib.



“Sakitlik tərəflər arasında dərin etimadsızlıq hissinin aradan qalxması üçün fürsət ola bilər”, - deyən G.Pedersen ABŞ və Rusiyanın da sülh və dəstək üçün prosesə müdaxiləsini istəyib.
Bu xəbər oxucular tərəfindən 93 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed