Şrift:
Sinqapurda 357 nəfərə yanlışlıqla koronavirus diaqnozu qoyuldu
20.05.2020 [09:26] - Gündəm, Sosial
Sinqapurun Səhiyyə Nazirliyi koronavirus testlərinin cavablarının göndərilməsi zamanı səhvə yol verib.


Bu barədə “HaberGlobal” məlumat yayıb.



Ölkənin Səhiyyə Nazirliyi tərəfindən ikinci dəfə koronavirus testindən keçirilmiş 357 nəfərə müsbət cavab göndərilib. Nazirlik bir müddət sonra bunun sistemdə yaranmış texniki səhvlə bağlı olduğunu açıqlayaraq, yaranmış gərginliyə görə həmin şəxslərdən üzr istəyib.
Bu xəbər oxucular tərəfindən 91 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed