Şrift:
“Amerikanın yeni Çin siyasəti:Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çin gücünü hardan aldı?!”
20.05.2020 [09:28] - Xəbərlər, Siyasət
“Amerikanın yeni Çin siyasəti:Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çin gücünü hardan aldı?!”

Coronovirusundan sonra dünyanın və Amerikanın siyasətində önəmli yerlərdən birini, Amerika-Çin münasibətləri tutur.Gərginləşən bu münasibətlərdə, başlıca yeri, prezident Trampın virusun yayılmasında Çini məsuliyyətli tutması dayanır. Amma bu məsələnin bir tərəfidir. Digər tərəfdə isə Prezident Trampın uzun müddətdən bəri səsləndirdiyi fikir-Amerika fabriklərini Çindən çıxarılaraq ölkə içinə gətirmək planı dayanır. 2017-çi ildən prezident olan Tramp, ilk gündən bu fikiri səsləndirirdi.Amerika Çindən həddindən artıq məhsul idxal edərək, idxal və ixrac balansını pozur. Eyni zamanda istehsal fabriklərinin Çinə daşınması, Amerikalıların da işsiz qalmasına səbəb göstərilit. Tramp, hətta irəli gedərək Çindən idxal edilən məhsullara milyardlarla dollar vergi yükü gətirdi. Onun bu siyasəti Çində xoş qarşılanmayaraq, mənfi reaksiya doğurdu. Rəsmi Pekin də cavabında Amerikadan idxal edilən məhsullara eynən Tramp kimi ağır vergi tətbiq etdi.İki ölkə arasındakı bu ticarət müharibəsinin fonunda Çindən meydana çıxan coronavirus isə təbii münasibətlərə daha ağır zərbə vurdu. İndi 185-dən artıq ölkəni təsirinə alan covid-19 virusu bəşəriyyət üçün qlobal iqtisadi böhran yaradıb. Bütün bunların fonunda,Amerika hakimiyyəti ideyalarını həyata keçirməkdə israrlı görünür.Ağ evin mətbuat katibi Kayle McEnany hökumətin Çin siyasətinə aydınlıq gətirdi.

“İndki münasibətlər məyusluqdan ibarətdir. Cünki president deyib ki, o Çinin addımıarından narazıdır. Çünki Amerika insanının və dünya insanlarının həyatı hələ də Çinin məsuliyyətsiz davranışlarına görə riskdədir.Bir necə misal. Çinli həmkarlarımız virusun genetik ardıcıllığını bizimlə paylaşmadı. Biz bu barədə bir professorun dediklərindən xəbər tutduq. Çin həmən o labaratoriyanı bağlayıb, informasiyanın mənbəyini məhv etdi. Siz qarşıdakı günlərdə prezidentin dilindən bu barədə daha geniş məlumatlar əldə edəcəksiz”

Dünyanın ən böyük ikinci iqtisadiyyatına sahib Çin, gücünü qloballaşmanın və ucuz işçi gücü nəticəsində əldə edib. Çin bir tərəfdən istehaslın mərkəzi olmaqla yanaşı, həm də covid19-dan da sonra qorxu mənbəyinə çevirilib. Bəlli oldu ki, dünyanın istehsal mərkəzinin bir nöqtədə cəmləşməsi elə ən böyük səhvlərdən biri imiş. Amerikanın qida və dərman ləvazimatlarının da Çindən asılı olması ölkəni ciddi narahat etməyə başlayıb. İndi bu asılılığı bitirmək üçün müxtəlif layihələr hazırlanır.Trampın layihəsi konqresdə, hər iki partiyanın maragındadır. Amerika bunu baçaracaqmı?! Digər yol isə Çindəki fabrikləri işçi gücünün ucuz olduğu ölkələrə daşımaqdır. Onu da deyək ki, Çindən fabriklərini çıxartmaq istəyən təkcə Amerika deyil. Yaponiya da buna bənzər addım atmağa hazırlaşır. Yaponiya biznesləri köçürtmək üçün iş adamlarına 2,2 milyard dollar ayırıb.
Bu xəbər oxucular tərəfindən 95 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed