Şrift:
Rusiya turizm sektoru iyunun 1-dən karantindən mərhələlərlə çıxmağa başlayacaq
20.05.2020 [11:05] - Gündəm, Mədəniyyət
Rusiya turizm sektoru iyunun 1-dən ölkənin regionlarında karantindən mərhələlərlə çıxmağa başlayacaq.

Bu barədə jurnalistlərə Rusiya Federal Turizm Agentliyinin (“Rosturizm”) rəhbəri Zarina Doquzova məlumat verib.

O bildirib ki, ilkin mərhələdə lisenziyası olan sanatoriyalar, kotteclər və apart-otellər açılacaq. Federal Turizm Agentliyi 10 gün ərzində qubernatorlarla birlikdə hər regionun turizm sahəsinin özünün karantindən çıxış qaydalarını müəyyən edəcək.

Z.Doquzova vurğulayıb ki, hansısa sanatoriyada COVID-19 xəstəsi aşkar edilərsə, müəssisənin karantinə bağlanıb-bağlanmaması məsələsi müzakirə olunacaq. “Rosturizm”in rəhbəri xatırladıb ki, pandemiyanın əvvəllərində Yaponiya sahillərinə yan alan kruiz gəmisinin təcrübəsi bu tədbirin səmərəsizliyini göstərdi. Eyni zamanda, onun sözlərinə görə, təhlükəsizlik tədbirlərini də zəiflətmək olmaz.
Bu xəbər oxucular tərəfindən 53 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed