Şrift:
Barselonanın “Nou Kamp” stadionunda “Traxtur” geyimi ilə Azərbaycan rəqsi nümayiş etdirilib
20.05.2020 [11:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın “Aylan” İncəsənət Qrupu İspaniyada səfərdə olduğu zaman Barselonanın “Nou Kamp” stadionunda Azərbaycan rəqsi nümayiş etdirib.

Rəqqaslar rəqs zamanı Güney Azərbaycanın “Traxtur” futbol komandasının geyimindən istifadə edib.

“Aylan” qrupu İspaniya ritual rəqs festivalında münsiflər heyəti tərəfindən festivalın ikinci mükafatına layiq görülüb.

İncəsənət qrupunda Məhəmməd Nağızadə, Hadi Fətullahi, Əmir Ələmi, Salman Sorxmərd rəqqas, Tövhid Hacıbabayi müdir və rejissor, Leyla Rzayi, Maral Tərihi və Ayda Gərmçi isə film çəkilişi qrupu kimi fəaliyyət göstərir.

Təxminən 13 il əvvəl Tehranda fəaliyyətə başlayan “Aylan” qrupu bu müddətdə ölkədə və beynəlxalq səviyyədə keçirilən müxtəlif festivallarda iştirak edib, bir neçə dəfə festivalın birinci mükafatına layiq görülüb. İncəsənət qrupu Azərbaycanın “Aradan”, “Atışma”, “Tovlama” və “Beş daş” kimi ritual rəqslərini müxtəlif tədbir və festivallarda nümayiş etdirərək yenidən canlandırıb.
Bu xəbər oxucular tərəfindən 96 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed