Şrift:
ABŞ-ın neft ehtiyatları azalıb
20.05.2020 [11:31] - Gündəm, İqtisadiyyat
Birləşmiş Ştatların xam neft ehtiyatları geriləyib.

Bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 4,8 milyon barrel azalaraq 521,3 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların artacağı istiqamətində idi. Əvvəlki həftə ehtiyatlar 7,5 milyon barrel çoxalmışdı.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.
Bu xəbər oxucular tərəfindən 387 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed