Şrift:
İranlı rəsmi: "İran gələcək 30 ildə yaşlıların sayı baxımından dünya ölkələri arasında 1-ci yerdə olacaq"
20.05.2020 [11:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Səhiyyə nazirinin doğum məsələləri üzrə müşaviri Şəhla Xosrəvi ölkədə yeni doğulan körpələrin sayında kəskin azalma müşahidə edildiyini deyib.



O, yerli media orqanlarından biri ilə müsahibəsi zamanı son 60 ildə ölkə cəmiyyətində yaşlıların sayının cavanları sürətlə ötdüyünü bildirib.



Şəhla Xosrəvinin sözlərinə görə, doğumların sayında 2019-cu ildə ondan 1 il əvvəl ilə müqayisədə 180 min, 2018-ci ildə isə 2017-ci ilə nisbətən 120 min azalma müşahidə edilib.



Rəsmi əlavə edib ki, son 60 ildə orta cavanlıq yaşı 20-dən 30-a yüksəlib və bu hal davam edərsə, İran gələn 30 il ərzində dünya ölkələri arasında qocaların sayının çoxluğu baxımından 1-ci yerdə qərarlaşacaq. Bununla da, ölkədə hər 3 nəfərdən biri 60-dan çox yaşı olan şəxs olacaq.



Qeyd etmək lazımdır ki, əhalinin sayının azalması iranlı rəsmilərin, xüsusilə də "dini lider" Əli Xamneyinin əsas narahatlıqlarından biridir.



Lakin ölkənin həyata keçirdiyi yarıtmaz daxili və xarici siyasət nəticəsində yaşanan ağır iqtisadi vəziyyət və gələcəyə ümidsizliklə əlaqədar olaraq, əhali rəsmilərin çox övlad dünyaya gətirməklə bağlı çağırışlarına müsbət yanaşmır.
Bu xəbər oxucular tərəfindən 97 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed