Şrift:
Güney azərbaycanlı jurnalist sərbəst buraxılıb
20.05.2020 [11:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlı siyasi fəal, Təbriz sakini olan Əmir Çəməni 47 gün saxlanıldıqdan sonra 200 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb.





Solçu jurnalist aprelin 2-də Təbrizin Fəta (interneti kontrol edən polis) polisi tərəfindən saxlanılmışdı.





Çəməni 45 gün “Sepah”ın təcridxanasında saxlanıldıqdan sonra Təbriz zindanına köçürüldü.





Siyasi fəalın yaxınlarının dediyinə görə, Çəməni “İran İslam Respublikası əleyhinə təbliğat aparmaq” və “yalan məlumatlar yaymaq”da ittiham olunub.





Çəməni Təbriz Universitetində sosiologiya üzrə yüksək lisans və Təbriz “Pəyam Nur” Universitetində hüquq üzrə lisans təhsili alır. Siyasi fəal ötən illərdə dəfələrlə İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Bu xəbər oxucular tərəfindən 101 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed