Şrift:
Ukraynada koronovirusla bağlı son vəziyyət açıqlanıb
20.05.2020 [11:51] - Gündəm, Sosial
Ukraynada son sutkada 354 nəfər koronavirusa yoluxub, 16 nəfər isə ölüb

Ölkənin Səhiyyə Nazirliyi xəbər verir ki, bununla da Ukraynada koronavirusa yoluxanların sayı 19 min 230 nəfərə çatıb. Bu virusdan ölənlərin sayı 564 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 5955 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Qeyd edək ki, ölkədə mayın 22-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 112 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed