Şrift:
Mərivanda "Sepahla" kürd yaraqlılar arasında atışma olub- Ölənlər var
20.05.2020 [14:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Kürdüstan əyalətinin Mərivan şəhərində "Sepah" terror təşkilatı ilə kürd terrorçuları arasında atışma baş verib.



Bu barədə məlumat yayan "Sepah" 2 terrorçunun öldürüldüyü, 4 nəfərinin isə yaralandığını bəyan edib.



Məlumatda silahlı qarşıdurmanın İranın qərbində 8 nəfərlik dəstə ilə yaşandığı bildirilir. Lakin "Sepah" həmin silahlıların hansı kürd qruplaşmasına bağlı olduqlarını açıqlamayıb.



Qeyd etmək lazımdır ki, bir neçə gün öncə kürd terrorçuları ilə Divandərədə silahlı toqquşmada 1-i polkovnik olmaqla, 2 "sepahçı" həlak olmuşdu.
Bu xəbər oxucular tərəfindən 26 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed