Şrift:
Xamneyi İordan çayının qərb sahilində yaşayan əhalini silahlanmağa çağırıb
20.05.2020 [14:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın “dini lider”i Əli Xamneyi İordan çayının qərb sahilində yaşayan əhalinin Qəzzadakı kimi silahlanmalı olduğunu deyib.



O, bu barədə statusu “Twitter” hesabında paylaşıb.


Xamneyi etdiyi terror çağırışında qeyd edib ki, “fələstinliləri yaşadıqları çətinlikdən çıxarmağın yeganə yolu gücdür”:



“Güzəştə getmək bu qəsbkar, pis və qurda bənzəyən quruluşun zalımlığını cüzi də olsa azaltmayacaq”, - deyə Xamneyi yazıb.



Qeyd etmək lazımdır ki, İran Fələstin məsələsindən öz geosiyasi maraqlarını həyata keçirmək üçün İsrailə qarşı istifadə edir. Bundan başqa, İran Qəzzadə fəaliyyət göstərən terror qruplaşmalarlna da maddi və hərbi dəstək göstərir.
Bu xəbər oxucular tərəfindən 323 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed