Şrift:
Brayan Huk: “İran seçim qarşısındadır. Ya Trampla müzakirə aparmalı, ya da öz iqtisadiyyatının çökməsinin şahidi olmalıdır”
20.05.2020 [14:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk mayın 19-da mediaya açıqlamasında İrana qarşı maksimum təzyiq siyasətindən və İran iqtisadiyyatının çökmək ərəfəsində olmasından danışıb.



Huk, ABŞ hökumətinin İrana qarşı tətbiq etdiyi maksimum təzyiq siyasətinin artıq nəticə verdiyini bildirib: “Üç ildən çoxdur ki, biz diplomatiya yolu ilə, eləcə də qabaqlayıcı tədbirlərimizlə İran təhlükəsinin qarşısını almış və onu dayandırmışıq. Həmçinin bizim qoyduğumuz sanksiyalar nəticəsində bu gün İran rejimi xeyli dərəcədə zəifləyib.



Biz, rəsmi Tehrana xəbərdarlıq edərək deyib ki, bu gün İran rejimi mövcud iki variantdan birini seçməlidir. Daha doğrusu, İran rəhbərləri artıq seçim qarşısındadır. Onlar ya prezident Donald Tramp hökuməti ilə müzakirə aparmalı, ya da öz iqtisadiyyatının çökməsinin şahidi olmalıdırlar” -deyə, ABŞ-ın Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk bəyan edib.
Bu xəbər oxucular tərəfindən 92 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed