Şrift:
Mer: “Marneulidə yeni infrastruktur, sosial-iqtisadi və mədəni layihələr həyata keçiriləcək”
20.05.2020 [14:15] - Gündəm, Borçalı
Azərbaycanlıların yığcam yaşadıqları Gürcüstanın Marneuli rayonunda əhalinin sosial rifah halının yaxşılaşması məqsədilə bir çox infrastruktur, mədəni, sosial-iqtisadi layihələr həyata keçirilib. Bu layihələr bundan sonra da davam etdiriləcək”.

Bu sözləri Gürcüstanda azərbaycanlıların ən çox yığcam yaşadıqları Marneuli rayonunun meri Zaur Darğallı söyləyib.

Onun sözlərinə görə, pandemiya dövründə Marneulidə yaranmış problemin həlli ilə əlaqədar çox mühüm və effektiv qərarlar qəbul olunub. Xalqla birlik nəticəsində bu virusa qarşı da layiqli mübarizə apardıq və nailiyyətlər göz qabağındadır. Bu cür tədbirlər də davamlı olacaq.

“Marneuli meriyası vətəndaşlarla birlikdə bir sıra çətinlikləri arxada qoydu. Biz insanların rifah halının yaxşılaşması və pandemiyaya qarşı mübarizə sahəsində tədbirləri bundan sonra da davam etdirəcəyik”, – deyə, Z.Darğallı vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 160 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed