Şrift:
Vladimir Zelenski: Ukraynada kadr böhranı var
20.05.2020 [14:16] - Gündəm, Sosial
Ukraynada peşəkar kadr böhranı var, bir sıra vəzifələrə kadrlar tapa bilmirik.

Bu fikri fəaliyyətinin bir illiyinə həsr edilən mətbuat konfransında Ukrayna Prezidenti Vladimir Zelenski söyləyib.

Prezidentin sözlərinə görə, hazırda Ukraynanın Mədəniyyət, Təhsil və Enerji nazirləri vəzifələri boşdur. “Onların yerinə kadr tapmaqda çətinlik çəkirik”, - deyə V.Zelenski əlavə edib.

Dövlət başçısı qeyd edib ki, hökumət ölkədə kadr böhranının həlli üçün müvafiq tədbirləri görür.
Bu xəbər oxucular tərəfindən 400 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed