Şrift:
Akademik borcunu ləğv edə bilməyən tələbə növbəti semestrdə təqaüd almayacaq
20.05.2020 [14:17] - Xəbərlər, Mədəniyyət
Cari semestrdə akademik borcu qalan və növbəti semestr başlayanadək akademik borcunu ləğv edə bilməyən tələbə növbəti semestrdə təqaüddən məhrum ediləcək.

Bu, Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarında qeyd olunub.

Əgər həmin tələbə növbəti semestrdə götürdüyü bütün fənlərdən kreditləri qazanarsa (ÜOMG nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə), o yenidən mövcud qanunvericiliyə əsasən təqaüd almaq hüququna malik olacaq.

Qərar xüsusi təyinatlı ali təhsil müəssisələrinin tələbələrinə şamil edilmir.
Bu xəbər oxucular tərəfindən 227 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed