Şrift:
Moldovada koronavirusdan ölənlərin sayı artır
20.05.2020 [15:42] - Gündəm, Sosial
Moldovada koronavirus infeksiyasından ölənlərin sayı 224 nəfərə çatıb.

Moldova Səhiyyə Nazirliyi xəbər verir ki, ölkədə bu virusa yoluxanların sayı 6340-dır. 244 nəfərin vəziyyəti ağır, 546 nəfərin isə orta ağır qiymətləndirilir. 2953 nəfər isə tam sağalaraq evə buraxılıb.

Ümumilikdə Moldovada koronavirusla bağlı 25 mindən artıq test həyata keçirilib.
Bu xəbər oxucular tərəfindən 181 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed