Şrift:
Misirdə koronavirusa yoluxanların sayı artır
21.05.2020 [10:04] - Xəbərlər, Sosial
Misirdə son sutka ərzində COVID-19 virusuna rekord sayda -745 yoluxma halı qeydə alınıb. Misirin Səhiyyə Nazirliyinin məlumatında ölkədə koronavirusa yoluxanların ümumi sayının 14229 nəfərə çatdığı qeyd olunur.

Məlumatda mayın 20-də COVID-19 virusundan 21 nəfərin öldüyü, həyatını itirənlərin ümumi sayının 680 nəfərə çatdığı bildirilib. Əlavə edilib ki, son sutka ərzində xəstəlikdən 325 nəfər sağalıb, ümumilikdə isə ölkədə fəaliyyət göstərən 17 karantin xəstəxanasında 3994 pasiyent tam müalicə olunub.

Misirin Səhiyyə naziri Halə Zayid bildirib ki, mayın 21-dən etibarən ölkənin əsas xəstəxanalarında koronavirus testləri keçiriləcək. Onun sözlərinə görə, paytaxt Qahirədə və əyalətlərdə 320 xəstəxana getdikcə artan yoluxma hallarına qarşı səfərbər olunub. Nazir koronavirus simptomları olan insanları elektron qaydada həmin xəstəxanalara müraciət etməyə çağırıb.
Bu xəbər oxucular tərəfindən 29 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed