Şrift:
Corona epidemiyası artıq kontrol altından çıxıb
21.05.2020 [10:17] - Xəbərlər, Siyasət
ABŞ: Corona epidemiyası artıq kontrol altından çıxıb

ABŞ Səhiyyə Katibi Alex Azar, Dünya Səhiyyə Təşkilatının uğursuzluğu səbəbiylə qlobal koronavirus epidemiyasının nəzarətdən çıxdığını bildirdi.

"Təşkilat, dünyanın ehtiyac duyduğu məlumatları əldə edə bilmədi və bu uğursuzluq çox sayda insanın həyatını itirmək bahasına başa gəldi" Azar bazar ertəsi iki günlük virtual Dünya Səhiyyə Təşkilatı iclasında" dedi.

Azar, Çin adını çəkmədən belə dedi: "Epidemiyanı gizlətmək üçün ən azı bir üzv dövlət öhdəliklərini və şəffaflığını lağ etdi və bütün dünyaya ağır xərclər qoydu. Biz gördük ki, üzv ölkələr vicdanla davranmadıqları zaman Ümumdünya Səhiyyə Təşkilatı məlumat mübadiləsi və şəffaflıq üzrə əsas missiyasını yerinə yetirmir. Bu durum bir daha təkrar olunmamalıdır" Dedi.

Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatı, Çinin tərəfindən dəstəkləndiyini və lazımi maliyyənin alınacağını gözlədiyini açıqladı. Ümumdünya Səhiyyə Təşkilatının ən böyük maliyyə təminatçısı olan ABŞ daha öncə, yardımlarının dayandıracağını söyləmişdi. ABŞ 2019-cu ildə təşkilata 400 milyon dollardan çox maliyyə yardımı etdi, ancaq Dünya Səhiyyə Təşkilatı tərəfindən gerçəklərin gizlədilməsi və vaxtında bildirilməməsinə öfkəlidir.

Bazar ertəsi Ümumdünya Səhiyyə Təşkilatında danışan Çin Prezidenti Xi Jinping, Koronavirusla mübarizə mövzusunda qlobal səyləri dəstəkləmək üçün Dünya Səhiyyə Təşkilatına 2 milyard dollar ödəməyə qərar verdiyini açıqladı.

Ancaq Ağ Evdə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Çinin 2 milyard dollarlıq yardım ödəmə öhdəliyinin Çinin Pekinin Corona virusu ilə əlaqədar gizliliyinə reaksiya axtaran ölkələrin tələbini "yayındırmaq" cəhdi olduğunu söylədi.

ABŞ prezidenti Donald Trump bir daha Ümumdünya Səhiyyə Təşkilatına hücum edərək, o təşkilatı Çinin "kuklası" adlandırdı. Bazar ertəsi Ümumdünya Səhiyyə Təşkilatının virtual iclasında iştirak etməyən Donald Trump, iclasda iştirak etməməyi və danışmamağı seçdiyini söylədi.
Bu xəbər oxucular tərəfindən 118 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed