Şrift:
Azərbaycanda neft hasilatı artıb
21.05.2020 [10:36] - Xəbərlər, İqtisadiyyat
Yanvar-aprel aylarında Azərbaycanda 12,4 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 11 min ton çox olub.

Energetika Nazirliyindən bildirilib ki, respublika üzrə hasil edilmiş neftin (kondensatla birlikdə) 8,6 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 1,3 milyon tonu (kondensat) “Şahdəniz” yatağının payına düşüb. SOCAR üzrə hasilat isə 2,5 milyon ton təşkil edib.
Bu xəbər oxucular tərəfindən 129 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed