Şrift:
Amerika İranın keçmiş ETTELAAT nazirinə qarşı sanksiya qoyub
21.05.2020 [14:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amerika hökuməti İranın keçmiş ETTELAAT naziri Əli Fəllahiyana qarşı sanksiya qoyub.



ABŞ dövlət katibi Mayk Pompeo mayın 20-də mediaya açıqlamasında Əli Fəllahiyanı 1989-1997-ci illərdə Amerika və İsrailə qarşı həyata keçirilən bir neçə terror hücumunda, İsraildə bir sərnişin avtobusuna qarşı gerçəkləşdirilən terror aktında yəhudi əsilli amerikalı tələbə Alisa Flatow-nu qətlə yetirməkdə və Argentinanın paytaxtı Buenos-Ayresdə fəaliyyət göstərən yəhudilər mərkəzində baş verən partlayışda günahlandırıb.



İran rejiminin bir neçə yüksək vəzifəli rəsmisinin, o cümlədən də o vaxtkı ETTELAAT naziri Əli Fəllahiyanın birbaşa göstərişi və tapşırığı ilə yəhudilərin Buenos-Ayresdəki mərkəzinə qarşı həyata keçirilən terror aktı nəticəsində 80-ə yaxın günahsız insan həyatını itirmiş, onlarla nəfər isə yaralanmışdı.
Bu xəbər oxucular tərəfindən 107 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed