Şrift:
Ermənistanda avtomobildə baş verən yanğın zamanı bir hərbçi ölüb, üçü xəsarət alıb
21.05.2020 [15:41] - Gündəm, Hadisə
Ermənistanın Eçmiədzin Zvartnots rayonunda avtomobildə baş vermiş yanğın zamanı ölən və ağır yaralananlar Vazqen Sarkisyan adına hərbi universitetin zabitləridir.

Ermənistan KİV-ləri xəbər verir ki, Eçmiədzindəki “Bişaryan” mebel salonu yaxınlığında “Mazda” markalı avtomobildə yanğın baş verib. Nəticədə bir nəfər ölüb, üç nəfər xəsarət alıb. Ölən şəxs - 57 yaşlı polkovnik-leytenant Hovik Kosakyan Müdafiə Nazirliyinin Vazgen Sarkisyan hərbi universitetində artilleriya fakültəsinin baş müəllimi, yaralılar isə həmin universitetin müəllimləri 58 yaşlı polkovnik-leytenant Aşot Şekikyan, ehtiyatda olan polkovnik 57 yaşlı Pavel Topçyan və 36 yaşlı Qevorq Harutyunyandır.

Yanğın söndürüldükdən sonra polkovnik-leytenant Hovik Kosakyanın yanmış cəsədi avtomobildən tapılıb.
Bu xəbər oxucular tərəfindən 230 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed