Şrift:
"İran Suriyada xərclədiyi 30 milyard dollar pulu geri almalıdır"
22.05.2020 [09:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
"İran Suriyada xərclədiyi 30 milyard dollar pulu geri almalıdır"

İran parlamentinin üzvü Hişmətullah Fəlahətpeşə, İranın Suriyada 20 milyard ilə 30 milyard dollar arasında xərclədiyi pulun geri almalı olduğu barədə sözlərini təkrarladı.

Etemad Online-a verdiyi müsahibədə Fəlahətpeşə "millətin pullarının hara xərcləndiyini bilməli olduğunu" vurğulayaraq, İranın Suriyada Bəşər Əsəd rejimini qorumaq üçün 20 milyard ilə 30 milyard dollar arasında xərclədiyini etiraf etdi və dedi o pullar Suriyadan geri alınmalıdır.

2018-ci ildə də parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri qonumunda, Dəməşqə səfəri zamanı Fəlahətpeşə, demişdi "İranın Suriyaya yardım etməsi millətin pulundandır və Tehranla Şam arasındakı münasibətlərdə hesablanmalıdır."

O, "Bir dəfə Suriyaya getdiyim zaman bəzi insanlar xərc yaratdığımı demişdilər, amma təkrar edirəm, Suriyada 20 milyardla 30 milyard dollara qədər pul xərclədik. Bunu Suriyadan geri almalıyıq. Bu millətin puluydu ki orada xərcləndi" demişdi.

O, "Suriya hökumətinin sağ qalmasının İranın başçılıq etdiyi müqavimət hərəkatına borclu olduğunu və Suriya hökumətinin İranın dəstəyi olmadan yıxılacağını" əlavə etmişdi.

Bundan əvvəl də, Həsən Ruhani hökumətinə yaxın bir siyasətçi kimi tanınan Əli Şəkuri Rad etiraf etmişdi ki, "Bəşər Əsəd hakimiyyətdən kənarlaşdırılırsa Suriyada dayaqlarımız və bazalarımız yox olacaq və xərclədiyimiz pullar boşa çıxacaq. Baxmayaraq ki, indiyə qədər xərclədiyimiz pulların nəticəsi Bəşər Əsədin iqtidarda saxlanması olub amma onun iqtidarda qalacağı bəlli deyil."

ABŞ Dövlət Departamenti də bundan əvvəl İranın 2012-ci ildən 2018-ci ilə qədər Bəşər Əsədin müdafiəsi, habelədə İraqda və Yəməndəki paramilitar qüvvələri dəstəkləmək üçün 16 milyard dollar xərclədiyini bildirmişdi.

Bloomberg xəbər agentliyi də 2015-ci ildə İranın Suriyaya ildə 6 milyard ilə 15 milyard dollar arasında pul xərclədiyini bildirmişdi.

Qeyd etmək lazımdır ki, Suriyanın iç savaşı 2011-ci ilin mart ayından başlayandan bəri təxminən yarım milyon suriyalı ölüb və daha milyonlarla insan köçkün və qaçqın düşüb. İran, Quds Qüvvələrini və ona bağlı olan paramilitar qüvvələri savaşa göndərərək Suriya xalqının və etirazçıların öldürülməsində iştirak etdi və Bəşər Əsəd rejimini mütləq dağılmaqdan qurtardı.
Bu xəbər oxucular tərəfindən 73 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed