Şrift:
“Amerikanın Dövlət katibi İran hakimiyyətinə çağırış etdi. Mayk Pompeo rəsmi Vaşinqtonun Çin siyasətinə də aydınlıq gətirdi”.
22.05.2020 [09:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Amerikanın Dövlət katibi İran hakimiyyətinə çağırış etdi. Mayk Pompeo rəsmi Vaşinqtonun Çin siyasətinə də aydınlıq gətirdi”.

Amerikanın dövlət katibi Mayk Pompeyo ölkənin Çin siyasətinə yenidən baxış etdi. Dövlət Departamentində təşkil olunan mətbuat konfransında Mayk Pompeo dedi ki, mətbuat Çin hökumətinin yanlışlarını olduğu kimi göstərmir. Bu səbəblə də o, Amerikanın gördüklərini sadaladı.

“Çini qəddar avtoritar komunist rejim idarə edir. Uzun illərdir biz, Çinin normal ölkı ola biləcəyini düşünürdük. Hətta onlara dünya iqtisadiyyatında yer tutmalarına dəstək olduq. Düşünürdük onlar da inkişaf edəcəklər. Lakin bu baş vermədi. Çin hökumətinin Covid19-la davranışı onların ideologiyasını bir daha göstərdi.Virusa görə komunist Çini daha yaxşı tanıdıq. Partiya virus nümunələrini məhv etməyə qərar verdi. Lakin onlar bunu bizmlə paylaşa və hətta kömək də istəyə bilərdilər.”

Dövlət katibi Çinin regionda aqqressiv siyasət apardığıni deyərək, cənub Çin dənizində qonşu dövlətlərə etdiyi pislikləri xatırlatdı. O, Amerikanın Çinin bu siyasətini pislədiyini dedi. Amerikanın indiki halda öncəliyinin Çindən virusun başlanğıc nöqtəsini öyrənmək olduğunu deyən, dövlət katibi dedi ki, virusdan əziyyət çəkən bütün dövlətlərin bunu bilmək haqqıdır.

“Bu virus təxminən 90 min Amerikalının həyatını əlindın alıb. Martdan bəri 36 milyondan çox Amerikalı işini itirib. Dünyada isə 300 mindən çox insan həyatını itirib. Çinin elədiyi bu davranışlar və hətta bu məlumatları payıaşmaması, yer üzünə 9 triliyon dollar zərər vurub. Amerika təxminən 10 milyard dolları sadəcə hmanitar yardım üçün xərcləyib. Lakin Çin hökuməti söz verib ki, 2 milyard dollar humanitar məqsədlər üçün ianə edəcklər. Biz inanırıq ki, onlar verdikləri sözü tutacaqlar”

Dövlət katibinin ikinci fokuslaşdığı mövzu Amerikanın İran siyasəti barədə oldu. Mayk Pompeo İranla əməkdaşlıq edən istər ölkə, istərsə də kompaniyalara qarşı Amerikanın sərt cavabı olacağını dedi.

“Amerika rəsmi Tehranı öz vətəndaşlarına qarşı hörmətlə yanaşmağa cağırır. Onlar iran xalqına qarşı ləyaqətlə davranmalıdırlar. Lakin biz əksini görürük. Bu gün BMT insan haqlarını pozan 12 iran rəsmisinə qarşı sanksiya tətbiq etdi. Onlardan biri İranın hazırki daxili işlər naziri Abdulraza Rəhmani Fazlidir. Bİzdə sübutlar var ki, bu adam 2019-cu ilin noyabrındakı etiraz aksiyalarında dinc insanlara qarşı atəş açmağa əmir verib. Onun çirkin və qorxunc siyasəti nəticəsində dinc İran vətəndaşları ölüb. Biz qətlə yetirilən dinc iran vətəndaşlarının qisasını aldığımğz üçün qürur duyuruq”

Pompeo Amerikanın İran siyasətində tutduğu yoldan dönməyəcəyini dedi.O, əlavə etdi ki, rəsmi Tehran gec və ya tez İran xalqınin iradəsinə tabe olmalıdr.
Bu xəbər oxucular tərəfindən 290 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed