Şrift:
Azərbaycanın Özbəkistandakı səfirliyi Ramazan bayramı münasibətilə uşaq evinə bayram sövqatı göndərib
22.05.2020 [09:59] - Xəbərlər, Mədəniyyət
Azərbaycanın Özbəkistandakı səfirliyi Ramazan bayramı münasibətilə Daşkənddəki Xlebuşkin adına 22 nömrəli uşaq evinə bayram sövqatı göndərib.

Səfir Hüseyn Quliyevin təşəbbüsü ilə hazırlanan bayram sovqatını səfirliyimizin müşaviri Arif Abbasov və digər diplomatlar uşaq evinə təhvil verib. Bayram sovqatına müxtəlif ərzaq məhsulları, meyvələr, paxlava daxildir.

Hüseyn Quliyev bildirib ki, müxtəlif bayramlarda səfirlik müntəzəm olaraq bu uşaq evinə bayram sovqatı göndərir. Uşaq evində 120 uşaq tərbiyə alır. Bayram münasibətilə uşaqları sevindirmək hər bir insanın borcudur. Biz bundan sonra da belə aksiyaları davam etdirəcəyik.
Bu xəbər oxucular tərəfindən 407 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed