Şrift:
Salyandakı Dövlət Sort-Sınaq məntəqəsində 39 növ taxıl sortu becərilir
22.05.2020 [10:44] - Gündəm, İqtisadiyyat
Salyanda yaradılan Dövlət Sort-Sınaq məntəqəsində bu il 2 hektar sahədə sınaq üçün 39 növ yüksək reproduksiyalı taxıl növü becərilir ki, bunun da 0,25 hektarı arpa, 1,75 hektarı isə buğdadır.

Sort-sınaq məntəqəsinin müdiri Balaeyvaz Hüseynov bildirib ki, becərilən 8 növ arpa və hamısı yumşaq növ olmaqla, 31 buğda sortunu 3 il sınaqdan keçirdikdən sonra ən çox məhsul verən sortlar dövlət reyestrinə salınacaq və toxumçuluğu təşkil olunacaq. Hər il olduğu kimi, bu ildə əkin sahələrinə nümunəvi qulluq edildiyindən sahələrdə bol məhsul yetişib. Gələn ayın ortalarından məhsul toplanışına başlanılacaq.

Qeyd edək ki, ötən il sort-sınaq məntəqəsində yetişdirilən arpa sortlarının hər hektarından 33, buğda sortlarından isə 35,3 sentner məhsul götürülüb.
Bu xəbər oxucular tərəfindən 72 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed