Şrift:
Güney azərbaycanlı milli fəal Yusif Kari həbsxanaya geri qayıdıb
22.05.2020 [11:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məzuniyyəti bitən güney azərbaycanlı milli-mədəni fəal Yusif Kari Ərdəbil həbsxanasına geri qayıdıb.





İran həbsxanalarında yayılan koronavirus təhlükəsinin davam etməsinə baxmayaraq Yusif Kari mayın 21-də barəsində çıxarılmış iki illik həbs cəzasının qalan hissəsini çəkmək üçün təcridxanaya qayıdıb.





O martın 31-i vəsiqə girov qoyaraq müvəqqəti azadlığa buraxılmışdı.





Yusif Kari 2019-cu il sentyabrın 3-də mülki geyimli şəxslər tərəfindən saxlanmışdır. Fəal sonralar Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində 6 il həbs cəzasına məhkum edilib, lakin həbs qərarı Apellyasiya Məhkəməsi tərəfindən 2 ilə endirilib.





Koronavirus infeksiyası ilə əlaqədar bir neçə güney azərbaycanlı milli-mədəni fəal məzuniyyətə buraxılsa da beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq Lətif Həsəni, Abbas Lisani və Tövhid Əmir Əmini kimi milli-mədəni fəallar hələ də həbsxanadan məzuniyyətə buraxılmır.
Bu xəbər oxucular tərəfindən 18 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed