Şrift:
Çin müdafiə xərclərini son 32 ildə ən aşağı həddə artırır
22.05.2020 [11:42] - Xəbərlər, Siyasət
Çin cari maliyyə ili üçün ölkənin müdafiə xərclərini ötən illə müqayisədə 6,6 faiz artımağı planlaşdırıb.

Bu barədə mayın 22-də Pekində işə başlayan 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının üçüncü sessiyasında müzakirəyə çıxarılan büdcə layihəsində qeyd olunub. Büdcə layihəsində cari maliyyə ili üçün müdafiə xərcləri 1,27 trilyon yuan (178 milyard ABŞ dolları) səviyyəsində müəyyənləşdirilib. Nəzərdə tutulan 6,6 faizlik artım ötən illə müqayisədə aşağı olmaqla yanaşı, 1988-ci ildən bəri ən aşağı illik artım rəqəmidir.

ÜXNY-nin illik sessiyasının mətbuat katibi Can Yesuy bildirib ki, Çinin hərbi xərcləri müdafiə xarakterlidir və ÜDM-in nisbəti, onun əhalinin hər nəfərinə düşən payı baxımından mütənasibdir.

Qeyd edək ki, cari maliyyə ili üçün dövlət büdcəsinin, o cümlədən müdafiə büdcəsinin 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) mayın 28-dək davam edəcək üçüncü sessiyasının gedişində müzakirəsi və təsdiqi nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 27 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed