Şrift:
Pandemiya dövründə varlı amerikalıların sərvəti 434 milyard dollar artıb
22.05.2020 [12:02] - Gündəm, Sosial
Amerikalı milyarderlər koronavirus pandemiyası fonunda varidatlarını xeyli artırıb.

Bu barədə məlumat “Americans for Tax Fairness” qrupunun və “Institute for Policy Studies” siyasi araşdırmalar institutunun apardığı birgə tədqiqatda əksini tapıb.

Tədqiqatın nəticələrinə əsasən, martın 18-dən mayın 19-dək “ABŞ-ın ən varlı 600 üstəgəl” siyahısındakı insanlar ümumilikdə 434 milyard dollar qazanıblar. Bununla yanaşı, mart ayında ölkədə 614 milyarder olduğu halda, mayda onların sayı artaraq 630 nəfərə çatıb.

Pandemiyadan ən çox qazanan “Amazon” kompaniyasının rəhbəri Ceff Bezos olub (+34,6 milyard dollar). Onun ardınca “Facebook” sosial şəbəkəsinin banisi Mark Sukerberq (+25,3 milyard dollar), “Microsoft” kompaniyasının banisi Bill Qeyts (+8 milyard dollar), “Oracle” korporasiyasının banisi Larri Ellison (+7 milyard dollar) və “Berkshire Hathaway” holdinq kompaniyasının rəhbəri Uorren Baffet (+564 milyon dollar) gəlir.

Ümumilikdə bu dövr ərzində ən çox texnoloji sektorun kompaniyaları uğur qazanıb. Belə ki, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bütün dünyada tətbiq olunan karantin və izolyasiya rejimləri səbəbindən bir çox proseslər online-formata keçirilib.
Bu xəbər oxucular tərəfindən 253 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed