Şrift:
Türkiyədən daha 174 azərbaycanlı təxliyə edilir
22.05.2020 [14:07] - Xəbərlər, Sosial
COVID-19 pandemiyası ilə əlaqədar sərhədlərin müvəqqəti bağlanmasından sonra Türkiyədə qalan və Vətənə qayıtmaq istəyən azərbaycanlıların təxliyəsi davam edir.

Azərbaycanın Türkiyədəki səfirliyi xəbər verir ki, soydaşlarımızın təxliyəsi üçün növbəti çarter reysi mayın 22-də təşkil ediləcək. Bu reys vasitəsilə biri körpə olmaqla 174 azərbaycanlı İstanbul Hava Limanından Vətənə gətiriləcək.

Xatırladaq ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində Azərbaycanla Türkiyə arasında hava və quru sərhədlərində gediş-gəliş martın 15-dən müvəqqəti olaraq dayandırılıb.
Bu xəbər oxucular tərəfindən 21 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed