Şrift:
Cozef Borrell Xamneyinin son günlər anti-İsrail çağırışlarını qlobal sülhə qarşı təhdid adlandırıb
22.05.2020 [14:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın "dini lider"i Əli Xamneyinin son günlər anti-İsrail çağırışlarına qarşı dünya siyasətçilərinin reaksiyası davam edir.



Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell də Xameneini son fikirlərinə görə kəskin tənqid edib.



"İslam Respublikasının dini liderinin insanları İsraillə müharibəyə çağırmasını mümkün olan ən kəskin formada pisləyirəm. Bu, qlobal sülhə qarşı təhdiddir", - deyə Borell "Twitter"də yazıb.



Qeyd etmək lazımdır ki, mayın 19-da Əli Xamneyinin saytında İsrail-Fələstin məsələsi ilə bağlı dərc edilən posterdə "son çıxış yolu" ifadəsi yer alıb. Bu, Almaniya nasistlərinin yəhudiləri fiziki olaraq yer üzündən yox etmək üçün işlətdikləri ifadədir. Xamneyi həmçinin daha sonra "Twitter"də yazdığı statusda İordan çayının qərb sahilində yaşayan insanları İsrailə qarşı silahlanmağa çağırıb.



Amerika Birləşmiş Ştatları, İsrail və Avropa rəsmiləri İranın dini liderinin bu addımlarını anti-yəhudi fikirlər adlandırıblar.
Bu xəbər oxucular tərəfindən 259 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed