Şrift:
Ukraynada koronavirusla bağlı son statistika açıqlanıb
22.05.2020 [14:48] - Gündəm, Sosial
Ukraynada son sutkada 442 nəfər koronavirusa yoluxub, 9 nəfər isə ölüb.

Ölkənin Səhiyyə Nazirliyi xəbər verir ki, bununla da Ukraynada koronavirusa yoluxanların sayı 20 min 148 nəfərə çatıb. Bu virusdan ölənlərin sayı 588 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 6585 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Qeyd edək ki, ölkədə iyunun 22-dək karantin elan edilib. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir. Bəzi məhdudiyyətlər bu gündən, bəziləri isə mayın 25-dən ləğv ediləcək.
Bu xəbər oxucular tərəfindən 171 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed