Şrift:
Özbəkistanda koronavirusdan 2492 nəfər sağalıb
23.05.2020 [10:09] - Gündəm, Sosial
Bu günə olan məlumata görə, Özbəkistanda koronavirusdan 2492 nəfər sağalaraq, xəstəxanadan evə buraxılıb.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, son iki sutka ərzində COVID-19-a yoluxanların sayı 128 xəstə artaraq 3078-ə çatıb. 573 nəfər müalicə olunur, 13 nəfər ölüb.

Cizzak, Qaşqadərya, Fərqanə və Surxandərya vilayətlərindən sonra Buxara vilayəti də koronavurusdan azad region elan olunub.

Ölkədə bu gündən parklar, muzeylər və sərgi salonları öz işini bərpa edib.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed