Şrift:
Əfqanıstanda türkcə dərsliklər çap edilib
23.05.2020 [10:16] - Xəbərlər, Sosial
Əfqanıstanda növbəti təhsil ili üçün yeni türkcə dərsliklər çap edilib.





Bu ölkədə illərdir ki, türkcə rəsmi dil sayılır və Əfqanıstan türk şagirdləri məktəbdə öz ana dillərində təhsil alır.





Əfqanıstan konstitusiyasında puştu və dəri dilləri ilə yanaşı türkmən və özbək türkcəsi, eləcə də bəluc və nuristanlı dilləri rəsmiyyətə tanınıb.





Əfqanıstan dövləti etnik qrupların öz ana dilində təhsil almasını dəstəkləyir.





Bu ölkənin qanunvericiliyinə əsasən, hökumət dilləri rəsmi olaraq tanınan etnik qrupların əksəriyyət təşkil etdiyi məntəqələrdə onların ana dilində təhsili üçün şərait yaratmalıdır.





Əfqanıstan hökuməti illik büdcəsinin 10 faizini təhsil sahəsinə sərf edir. Təhsil nazirliyi üçün nəzərdə tutulmuş büdcənin müəyyən hissəsi etnik qrupların öz dillərində təhsilini təmin etmək məqsədilə yaradılmış “Etnik Qrupların Dili Şöbəsinə” ayrılmalıdır.





İranda olduğu kimi Əfqanıstan əhalisinin də yarısını türklər təşkil edir. Lakin İranda yaşayan türklər nəyinki öz dillərində təhsil almaq hüququndan məhrumdur, onlara ölkə üzrə yayımlanan türkcə qəzet və televiziya təsisinə belə icazə verilmir.



İran rejimi ölkədə müxtəlif dillərin tədrisi üçün milyardlar tümən vəsait ayırır. Halbuki, əhalinin təxminən 40 faizini təşkil edən Azərbaycan türklərinin ana dilinin tədrisinə icazə vermir və bunu tələb edən mədəni fəalları uzunmüddətli həbslərlə cəzalandırır.
Bu xəbər oxucular tərəfindən 83 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed