Şrift:
Bolqarıstan sərhədlərini açır
23.05.2020 [10:18] - Gündəm, Sosial
Bu gündən etibarən Bolqarıstan yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar mart ayından tətbiq olunan Avropa İttifaqı (Aİ) və Şengen ölkələrinin vətəndaşları üçün ölkəyə giriş qadağasını aradan qaldırır.


“Trud” qəzetinin verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi qərar qəbul edib.



Nazirliyin qərarına əsasən, mayın 22-dən etibarən Bolqarıstana səfər edənlər 14 gün müddətinə karantində alınacaqlar.



Karantinlə bağlı tələb tibb işçilərinə, diplomatlara, beynəlxalq təşkilatların nümayəndələrinə, həmçinin beynəlxalq sərnişin daşımaları ilə məşğul olan avtobus sürücülərinə şamil edilmir.
Bu xəbər oxucular tərəfindən 86 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed