Şrift:
Azərbaycan Ordusunun əsgəri bədbəxt hadisə nəticəsində ölüb
27.10.2011 [17:17] - Hadisə
Azərbaycan Ordusunun əsgəri ölüb. APA-nın məlumatına görə, hadisə bu gün Müdafiə Nazirliyinin Sumqayıtda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Milli Ordunun əsgəri, 19 yaşlı Cavid Elşən oğlu Əliyev növbətçi yük maşınının təkərinə hava dolduran zaman təkər partlayıb. Partlayış nəticəsində təkərin çarxının bir hissəsi əsgərin başına dəyib. Əsgər başından aldığı xəsarətdən dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib.

Qeyd edək ki, C. Əliyev 2010-cu ildə Ağdaş Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
Bu xəbər oxucular tərəfindən 600 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed