Şrift:
Türkiyədə dəmir yolu səfərləri mayın 28-dən fəaliyyətə başlayacaq
23.05.2020 [13:53] - Gündəm, Sosial
Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı həyata keçirilən tədbirlər çərçivəsində hərəkəti dayandırılan sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi xəbər verir ki, bu barədə nazir Adil Karaismailoğlu açıqlama verib.

Nazir bildirib ki, ictimai nəqliyyatın tərkib hissəsi olan sürət qatarlarının hərəkəti mayın 28-də bərpa olunacaq. Ankara-İstanbul, Ankara-Eskişehir, Ankara-Konya, Konya-İstanbul xəttlərində polad magistrallar üzərində sərnişin daşınması 16 istiqamətdə həyata keçiriləcək. Bu səfərlərdə infeksiyadan qorunmaq üçün ara məsafəsi saxlamaq və digər tələbləri icra ediləcək. Nazir ilkin mərhələdə onlayn sistemlə satılacaq. Vaqonlarda yanaşı oturacaqlardan ikisindən bir şahmat taxtası formasında boş buraxılacaq.
Bu xəbər oxucular tərəfindən 444 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed