Şrift:
Tacikistanda son iki sutka ərzində 400-ə yaxın insan koronavirusa yoluxub
24.05.2020 [10:40] - Gündəm, Sosial
Tacikistanda COVID-19 koronavirusuna yoluxanların sayı 2738 nəfərə çatıb.

Tacikistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, son iki gün ərzində virusa yoluxanların sayı 388 nəfər artıb və 2738-ə çatıb.

Məlumatda bildirilir ki, indiyədək Tacikistanda COVID-19 koronavirusundan 1223 nəfər sağalıb, 44 xəstə həyatını itirib.

Hazırda Tacikistanda 3928 insan karantindədir.

Xatırladırıq ki, Tacikistanda koronavirus ilk dəfə aprelin 30-da rəsmi olaraq qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 38 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed