Şrift:
Ərdəbildə baş verən avtomobil qəzasında 2 nəfər ölüb, 3 nəfər yaralanıb
24.05.2020 [10:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Əedəbil əyalətində baş verən avtomobil qəzasında 2 nəfər ölüb, 3 nəfər ağır yaralanıb.



Ərdəbil əyalətinin yol polisinin mediaya açıqlamasında bildirdiyinə görə, hadisə mayın 22-si axşam saatlarında Ərdəbil şəhərindən aralıda yerləşən Gülmuğan məhəlləsi yaxınlığındakı Sərdabə adlı turist zonası istiqamətində baş verib.



Bildirilir ki, yol-nəqliyyat qaydalarına riayət etməyən 4 sərnişin avtobusu bir-biri ilə toqquşaraq iç-içə girib. Qəza nəticəsində minik avtomobil sərnişinlərindən 2-si yerindəcə həlak olub, 3-ü ağır yaralanıb. Yaralılar Ərdəbilin “Fatimi” xəstəxanasına yerləşdiriliblər. Qəzanın səbəbləri araşdırılır.



Xatırladaq ki, Ərdəbil əyalətinin yol polisinin rəisi bundan əvvəl mediaya açıqlamasında hökumətin Ərdəbil yollarının yenidən bərpasına laqeyd yanaşmasından gileylənərək, yolların köhnə və bərbad olması səbəbilə, əyalətdə yol qəzalarının sayının artdığını bildirmişdi.
Bu xəbər oxucular tərəfindən 92 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed