Şrift:
İranda daha 58 nəfər koronavirusdan ölüb, 2180 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb
24.05.2020 [14:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mayın 24-də mediaya açıqlamasında ölkədə koronavirus qurbanlarının yeni statistikasını yayıb.



Cahanpur deyib ki, son bir gün ərzində İranda daha 58 nəfər koronavirusdan ölüb, 2180 yeni “Covid-19” infeksiyasına yoluxma faktı aşkar edilib: “Bununla da ölkədə bu günə qədər koronavirus xəstəliyindən ölənlərin ümumi sayı 7417 nəfərə, infeksiyaya yoluxanların ümumi sayı isə 135 min 701 nəfərə çatıb.



Xoşbəxtlikdən xəstəlikdən sağalıb evə buraxılanların sayı da artaraq, 105 min 801 nəfərə yüksəlib.



Təəssüflər olsun ki, koronavirusa yoluxan və hazırda müxtəlif xəstəxanaların intensiv terapiya şöbələrində müalicə alan 2615 xəstənin vəziyyəti ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.
Bu xəbər oxucular tərəfindən 205 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed