Şrift:
Rusiyada koronavirusa yoluxanların sayı 350 mini ötüb
25.05.2020 [11:48] - Gündəm, Sosial
Rusiyada son sutka ərzində daha 8946 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 353 427 nəfərə çatıb.

Son sutka ərzində 92 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 3633 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 118 798 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə gəlir.
Bu xəbər oxucular tərəfindən 189 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed