Şrift:
Bəzi rayonlarda yağış yağıb, güclü şimal küləyi zəifləyib
25.05.2020 [11:54] - Gündəm, Bildiriş
Mayın 25-i səhərədək bəzi şimal və qərb rayonlarında yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 8 mm, Zaqatala, Kişçayda (Şəki) 3 mm, Daşkəsən, Ağdərə, Tovuz, Balakən, Lerikdə 2 mm, Şahbuz, Ordubad, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Ağstafa, Oğuz, Şəki, Qrız, Mingəçevir, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlı, Astara, Xınalıqda 1 mm olub.

Mayın 25-i səhər saatlarından güclü şimal küləyi zəifləyib, dalğanın hündürlüyü Neft Daşları stansiyasının məlumatına əsasən 2.6 metrə enib.

Qeyd olunub ki, mayın 25-də gün ərzində hava şəraiti Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcək, mülayim şimal-şərq küləyi əsəcək.

Azərbaycanın şərq rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, qərb rayonlarında isə gündüz yağıntılar tədricən kəsiləcək. Mülayim qərb küləyi 5-10 m/s, arabir 15-17 m/s təşkil edəcək.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-25, aran rayonlarında 25-30, dağlıq rayonlarda 14-18 dərəcə isti təşkil edəcək.
Bu xəbər oxucular tərəfindən 380 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed