Şrift:
TƏBİB: Koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə 2672 test aparılıb
26.05.2020 [10:13] - Gündəm, Sosial
Mayın 25-də Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2672 test aparılıb. Bununla da indiyədək aparılan testlərin sayı 273 min 411-ə çatıb.

Bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən məlumat verilib.

Həmçinin bildirilib ki, hazırda ölkəmizdə aktiv koronaviruslu xəstə sayı 1479-a bərabərdir. Xəstələrdən 61 nəfəri reanimasiyadadır ki, onlardan da 12-si süni tənəffüs aparatına qoşulub.

Xatırladaq ki, mayın 25-də Azərbaycanda koronavirusa daha 149 yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955-ci və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 4271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2741 nəfər müalicə olunaraq sağalıb, 51 nəfər vəfat edib, 1479 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 95 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed